Sabunçuda “Niva” qəzaya uğrayıb, 3 yaralı var

Sabunçu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.
“Niva” markalı minik avtomobili hərəkətdə olarkən onunla arxadan gələn maşın toqquşub.
Nəticədə “Niva”-nın sürücüsü 1963-cü il təvəllüdlü Mehrac Məmmədov, sərnişinlər 1956-cı il təvəllüdlü Nəbi Məmmədov və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
N. Məmmədova almacıq sümüyünün, A. Əfəndiyevə isə bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


