Şamaxıda övladı olmayan qadın özünü öldürüb

47 dəfə oxunub
Şamaxıda övladı olmayan qadın özünü öldürüb

Şamaxı rayonunda gənc qadın intihar edib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərində qeydə alınıb.

Qobustan rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Musayeva Səbinə Bəxtiyar qızı Şamaxı şəhərində yaşadığı evdə kimyəvi dərman içərək özünü zəhərləyib. Qadın təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Səbinə Musayeva 4 il öncə Şamaxıya gəlin köçüb. Ötən müddət ərzində onun övladı olmayıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi