Gəncədə yolu keçmək istəyən yeniyetməni maşın vurub

18 dəfə oxunub
Gəncədə yolu keçmək istəyən yeniyetməni maşın vurub
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində - “Pasyolka” adlanan ərazisində qeydə alınıb.
 
Belə ki, şəhər sakini 15 yaşlı İlqar İsmayılov yolu keçmək istəyərkən onu minik maşını vurub. Yaralı dərhal  Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. İ.İsmayılovun vəziyyətinin kafi olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi