Şirvanda avtomobillə vurulan sərxoş piyada xəstəxanaya yerləşdirilib

Hit: 379
Şirvanda avtomobillə vurulan sərxoş piyada xəstəxanaya yerləşdirilib

Şirvan şəhərində sərxoş piyadanı avtomobil vurub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini Elnur Məmmədov idarə etdiyi VAZ 2106 markalı 10 EG 126 dövlət nömrə nişanlı avtomobillə qarşısına çıxan sərxoş piyadanı - Şirvan sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səttar oğlunu vurub.

Nəticədə sonuncu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.









Redaktorun seçimi