Ucarda “06” su kanalına aşdı

27 dəfə oxunub
Ucarda “06” su kanalına aşdı

Ucarda yol qəzası nəticəsində "06" su kanalına aşıb.

Hadisə bu saatlarda Bakı-Qazax yolunda, Ucarın Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Eyni istiqamətdə hərəkət  edən minik avtomobili traktorun arxasına çırpılıb.Qəza nəticəsində minik avtomobili bir neçə dəfə aşaraq yol kənarında olan su kanalına düşüb. "Vaz 2106"ın sükanı arxasında olan sürücü ağır xəsarət alaraq Ucarın rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır

 

 

 



Redaktorun seçimi