Sumqayıtda arvadını 40 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxunub

46 dəfə oxunub
Sumqayıtda arvadını 40 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Y. Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhərində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb. Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində öldürüb. O, qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib.



Redaktorun seçimi