Bakıda avtomobil piyadanı vuraraq öldürüb

20 dəfə oxunub
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Paytaxtın Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, mayın 14-də saat 15 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini E.Yəhyayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Eldar Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

 



Redaktorun seçimi