Bakıda 40 min manatlıq qadın ayaqqabısı oğurlandı

25 dəfə oxunub
Bakıda 40 min manatlıq qadın ayaqqabısı oğurlandı
Bakıda 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb.
 
Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat daxil olub.
 
Bildirilib ki, mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.
 
Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40 min manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov müəyyən edilərək saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi