Bakıda qadını bıçaqladılar

28 dəfə oxunub
Bakıda qadını bıçaqladılar

Bakının Sabunçu rayonunda yerləşən “Stimul” hospitalı yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

Hadisə nəticəsində 46 yaşlı Elmira Hüseynova bıçaqlanıb.

Faktla bağlı Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, qadın təcili yardım briqadası ilə 3 saylı xəstəxanaya yerləşdirilib:

“Həkimlər qadını müayinə edib. Ona sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Qadının müalicəsi davam edir. Vəziyyətinin orta-ağır olduğu bildirilib”.

Faktla bağlı Sabunçu rayon Polis Bölməsində araşdırma aparılır.



Redaktorun seçimi