Avtobus 57 yaşlı qadının qolunu sındırıb - VİDEO

62 dəfə oxunub
Avtobus 57 yaşlı qadının qolunu sındırıb - VİDEO

Axşam saatlarında Bakının Sabunçu rayonunda avtobus piyadanı vurub. 

Hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. Sərnişin avtobusu piyada 1962-ci il təvəllüdlü Məmmədova Aləmzər Tofiq qızını vurub. 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sağ qolun sınığı diaqnozu qoyulub. 

Vəziyyəti kafi qiymətləndirilir. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Rayon polis idarəsinin əməkdaşları qəzanı törədən sürücübü saxlayıblar. 

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi