Bakının Sabunçu rayonunda avtobus piyadanı vurub

21 dəfə oxunub
Bakının Sabunçu rayonunda avtobus piyadanı vurub

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qadını sərnişin avtobusu vurub.

Nəticədə 1962-ci il təvəllüdlü Məmmədova Aləmzər Tofiq qızı xəsarət alıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sağ qolun sınığı diaqnozu qoyulub, vəziyyəti kafi olan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Qəzanı törədən sürücü rayon polis əməkdaşları tərəfindən saxlanılıb.



Redaktorun seçimi