Zaqatala sakinini çaqqal dişləyib

100 dəfə oxunub
Zaqatala sakinini çaqqal dişləyib

Zaqatalada 57 yaşlı kişiyə yırtıcı heyvan hücum edib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Muğanlı kənd sakini, 1962-ci il təvəllüdlü Fərman Əziz oğlu Qurbanəliyev sağ ayağının baldır nahiyəsindən yırtıcı heyvan dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı F.Qurbanəliyev kəndin inzibati ərazisində torpaq sahəsində işləyən zaman çaqqalın hücumuna məruz qaldığını bildirib. F.Qurbanəliyev ayağına xəsarət yetirən yırtıcı heyvanı öldürdüyünü deyib. Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.



Redaktorun seçimi