Qax sakini ağrıkəsici dərmandan zəhərlənib

Hit: 308
Qax sakini ağrıkəsici dərmandan zəhərlənib

Qaxda 67 yaşlı kişi dərmandan zəhərlənib. 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün rayonun Qaxbaş kənd sakini, 1952-ci il təvəllüdlü İosif Mixeil oğlu Tataraşvili zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən ONA-ya bildirlib ki, müayinə zamanı İ. Tataraşvilinin ağrıkəsici dərmandan zəhərlənməsi məlum olub. Reanimasiya şöbəsinə yerləşdirilən İ. Tataraşviliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.









Redaktorun seçimi