Paytaxtda uşaqlara siqaret satanlar ifşa olundu

Hit: 201
Paytaxtda uşaqlara siqaret satanlar ifşa olundu

Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Heydər Əliyev prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.

Həmçinin Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşən marketdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı polislər tərəfindən aşkar edilib.

 

 

 









Redaktorun seçimi