Rusiyada Azərbaycan vətəndaşı yol qəzasında yanaraq öldü - VİDEO

Hit: 312
Rusiyada Azərbaycan vətəndaşı yol qəzasında yanaraq öldü - VİDEO
Bu  gün Çelyabinsk yaxınlığında baş vermiş ağır yol nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb. Bu barədə 74.ru məlumat yayıb.
 
Məlumata görə “Lexus ” və  “Mitsubishi” markalı iki minik maşını toqquşub. “Lexus ”un içində olan azərbaycanlı iki dostu ilə birlikdə Ufa şəhərinə gedirmiş.
 
Hadisə şahidlərinin bildirdiyinə görə, qarşıdan gələn “Mitsubishi” ilə toqquşan “Lexus ” anında alovlanıb. Avtomobildə olan 3 nəfər diri -diri yanıb. 
 
“Mitsubishi”nin sürücüsü də qəza nəticəsində həlak olub.








Redaktorun seçimi