Bakıda fəhlə bir binadan digərinə keçmək istədi - Faciəli şəkildə öldü

Hit: 1344
Bakıda fəhlə bir binadan digərinə keçmək istədi - Faciəli şəkildə öldü
Bakıda fəhlə binadan yıxılıb.
 
Faktor.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
 
Rayonun Səməd Vurğun, Ş.Əzizbəyov, S. Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən, 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu həmin binanın 3-cü blok 5-ci mərtəbəsindən üzbəüz inşa olunan binanın 4-cü blokunun 5-ci mərtəbəsinə keçmək istəyərkən yıxılıb.
 
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi