Bakıda sərxoş kişini bıçaqladılar
Gecə saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
1979-cu il təvəllüdlü Əliyev Füzuli naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Xəsarət alan şəxs hadisə zamanı içkili vəziyyətdə olduğundan onu kimin bıçaqladığı məlum deyil.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.