60 yaşlı azərbaycanlı qətl törədib intihar etdi - Oğlunun qisası üçün

Hit: 348
60 yaşlı azərbaycanlı qətl törədib intihar etdi - Oğlunun qisası üçün

Moskvanın “Noviye Çeremuşki” metro stansiyası yaxınlığında baş verən atışmanın təfərrüatı məlum olub.

Faktor.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölənlərdən birinin cibindən “The Moscow Times” nəşrinin jurnalisti olmasına dair sənəd tapılıb. Onun əslən azərbaycanlı Vaqif Hümbətov olduğu müəyyənləşib. Lakin sənədin saxta olduğu üzə çıxıb. Belə ki, nəşr bəyanat yayaraq əməkdaşlarından heç birinin atışmada iştirak etmədiyini bildirib. 

İlkin məlumata görə, atəş açan şəxs 60 yaşlı Rəsul Abdullayev olub. O, qumara qurşanan və böyük məbləğdə borclandığı üçün öldürülən oğlunun qisasını almaq qərarına gəlib. Bu səbəbdən də qətldə əli olan 50 yaşlı Vaqif Hümbətovu öldürüb. Həmyerlisini qətlə yetirdikdən sonra Abdullayev intihar edib. 









Redaktorun seçimi