Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb

Hit: 422
Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcilli xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi