Sumqayıtda küçədən meyit tapıldı

Hit: 188
Sumqayıtda küçədən meyit tapıldı

Sumqayıtın Ceyranbatan qəsəbəsində küçədən meyit tapılıb.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Pərviz Sultan oğlu Rəhimov qəbul etdiyi yüksək dozada narkotik səbəbindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində küçədə ölüb.

Sakinlər onun cansız bədənini aşkarlayıb və hüquq-mühafizə orqanlarına məlumat verib.

 

Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təhvil verilib.

Onun Sumqayıtın dördüncü məhəllə adlanan ərazisində yaşadığı deyilir.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi