İş qurmaq üçün 67 min manat verdi, pulundan oldu

Hit: 353
İş qurmaq üçün 67 min manat verdi, pulundan oldu

32 yaşlı Bakı sakininin 67 min manat pulu oğurlanıb.

Tanışı iş qurmaq adı ilə onu aldadıb.

Belə ki, ötən ilin oktyabr ayında 1987-ci il təvəllüdlü Əmrahov Emil Muxtar oğlu tanışı Ceyhun adlı şəxsə iş qurmaq üçün 67 min manat pul verib. Lakin Ceyhun adlı şəxs onu aldadaraq pulu mənimsəyib. 

E.Əmrahov məsələ bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazıb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi