Tovuzda zəncirvari qəza - Yaralılar var

Hit: 388
Tovuzda zəncirvari qəza - Yaralılar var
Tovuz rayonunda zəncirvari qəzası baş verib.
 
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Oxu.Az-ın məlumatına görə, “VAZ-21011”, “VAZ-2107” və “Hyundai” markalı yük maşınları toqquşub.
 
Qəza zamanı bir neçə nəfər yaralanıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi  briqadası cəlb olunub. Yaralılar  Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
 








Redaktorun seçimi