Keçmiş məhkum heroinlə yaxalandı

Hit: 280
Keçmiş məhkum heroinlə yaxalandı

Hacıqabulda Salyan sakinindən külli miqdarda heroin götürülüb.

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsinin əməkdaşları rayon ərazisində özünü şübhəli aparan, əvvəllər məhkum olunmuş Salyan sakini, Nuriyev Nurlan Allahverdi oğlunu saxlayıblar.

Üzərinə baxış keçirərkən, ondan 142 qramdan çox heroin aşkar edilib.

Faktla bağlı Hacıqabul polisi tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi