Lənkəranda bir gecədə 9 nəfəri it dişləyib

Hit: 450
Lənkəranda bir gecədə 9 nəfəri it dişləyib

Son günlər  insanları it dişləməsi hallarının sayı artıb. Növbəti xəbər Lənkərandan gəlib.

Oxu.Az -ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Liman şəhəri ərazisində qeydə alınıb.

9 nəfər Lənkəran Mərkəzi Xəstəxanasına daxil olub. Hazırda onlara zəruri tibbi yardım göstərilir.

Hadisə şahidlərinin dediyinə görə, yaralılara it sürüsü hücum edib. 









Redaktorun seçimi