Sumqayıtda 42 yaşlı kişi öldürülüb

Hit: 451
Sumqayıtda 42 yaşlı kişi öldürülüb

Axşam saatlarında Sumqayıtda qətl hadisəsi baş verib.

ONA-nın yerli  bürosunun məlumatına  görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən istehsal müəssisələrinin birində iki nəfər arasında düşən mübahisə ölümlə nəticələnib.

Belə ki, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu dava etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Ağır xəsarətlər alan M. Məmmədov hadisə nəticəsində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyətı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi