Salyanda 3 uşaq anası çayda batıb

Hit: 363
Salyanda 3 uşaq anası çayda batıb

Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.

 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə kimliyi məlum olmayan bir nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.

 

Oxu.Az-ın Aran bürosunun verdiyi xəbərə görə, batan şəxs 35 yaşlı  Aysel Vaqif qızı Dadaşovadır. O özünü  Akkuşa çayının körpüsündən suya ataraq intihar edib. Aysel Dadaşova 3 azyaşlı uşaq anasıdır və Seyidsadıqlı kənd orta məktəbində müəllim işləyib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

 Faktla bagli Salyan Rayon Polis Şöbəsində və FHN əməkdaşdarı tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi