Yük maşıını tuneldə qəza törətdi

Hit: 353
Yük maşıını tuneldə qəza törətdi
Ziya Bünyadov prospektində yol qəzası baş verib. 
 
Hadisə prospektin Nərimanov rayonundan keçən hissəsindəki tuneldə qeydə alınıb.
 
1986-cı il təvəllüdlü Fərid Şirəliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili yolayrıcı beton plitələrə çırpılıb. 
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza yolun hər iki istiqamətində tıxaca səbəb olub.
 
Sürücünün bildirdiyinə görə, avtomobilin əyləc sistemində problem yaranıb və nəticədə avtomobil idarəetmədən çıxaraq yolayırıcı betona çırpılıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
 








Redaktorun seçimi