Klinika sahibinin oğurlanmış brilliantları tapıldı

67 dəfə oxunub
Klinika sahibinin oğurlanmış brilliantları tapıldı
Bakıda fəaliyyət göstərən“Celamig” göz klinikasının sahibi Lalə Akif qızı Qurbanovanın evi qarət edilib.
 
Bu barədə  Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
 
Lalə Qurbanovanın evindən 70 min manat dəyərində 3 brilliant sırğa oğurlanıb. Ev sahibi qiymətli əşyalarının oğurlanmasından aprelin 10-da xəbər tutub.
 
Araşdırmalar nəticəsində oğurluğu evin xidmətçisi, 53 yaşlı Abşeron rayon sakini A.Əliyevanın törətməsi məlum olub. Əliyeva saxlanılaraq məsuliyyətə cəlb edilib. 
 
Faktla bağlı araşdırmalar davam edir.



Redaktorun seçimi