Ağcabədidə yol qəzası - 14 yaşlı yeniyetmə dünyasını dəyişdi

Hit: 242
Ağcabədidə yol qəzası - 14 yaşlı yeniyetmə dünyasını dəyişdi

Bu gün Ağcabədidə 14 yaşlı yeniyetmənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

 Faktor.az ONA-ya istinadan məlumatına görə, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.

İxtisasca müəllim olan Gündüz Vətən oğlu Əliyev idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili ilə 2005-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu Abbasovu vurub. İ.Abbasov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 









Redaktorun seçimi