Ticarət mərkəzində yanğının ətrafa yayılmasının qarşısı alınıb - SON DƏQİQƏ - YENİLƏNİB - VİDEO

Hit: 3338
Ticarət mərkəzində yanğının ətrafa yayılmasının qarşısı alınıb - SON DƏQİQƏ - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

FHN-dən Faktor.az-a verilən məlumata görə, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Əlavə məlumat veriləcək.

*****

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.


*** 09:27

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.


*** 09:14

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb. 

"Report"un məlumatına görə, nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


*** 08:47

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzində qeydə alınıb.

Hazırda əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Binadakı insanlar təxliyyə edilirlər. 

 









Redaktorun seçimi