Kürdəmirdə DƏHŞƏT - 2 uşaq anası olan 28 yaşlı qadın...

Hit: 1118
Kürdəmirdə DƏHŞƏT - 2 uşaq anası olan 28 yaşlı qadın...

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Rayonun Pirili kənd sakini, 1991-ci il təvəllüdlü Səfərova Gülnarə Əliyar qızı özünü yaşadığı evdə asaraq intihar edib.

2 uşaq anası olan qadının hansı səbəbdən həyatına son qoyması hələlik bəlli deyil. Ailə üzvləri Gülnarənin hər hansı ciddi probleminin olmadığını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.









Redaktorun seçimi