Bərdədə ər arvadını baltalayıb

Hit: 242
Bərdədə ər arvadını baltalayıb

Bərdə rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Kəlbəcərdən məcburi köçkün olan Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızına balta ilə ağır xəsarət yetirib. Yaralı Pərvanə Yəhyayeva yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma başlansa da, hadisənin təfərrüatı açıqlanmır.









Redaktorun seçimi