Bakıda mənzildən qadın meyiti tapılıb

Hit: 184
Bakıda mənzildən qadın meyiti tapılıb

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı FHN-nin "112" qaynar xəttinə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qiqeyçuk İvanna İosivnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

 

 
 

 









Redaktorun seçimi