Yevlaxda avtomobil qəzası - xəsarət alanalar var

Hit: 303
Yevlaxda avtomobil qəzası - xəsarət alanalar var

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

 Faktor.az "Report"un Qərb bürosuna istinadan məlumatına görə, hadisə Yevlax şəhər avtovağzalının yaxınlığında qeydə alınıb.

İki minik avtomobillərin toqquşması nəticəsində, sürücülərdən biri, Bərdə rayon sakini, 1999-cu il təvəllüdlü Yuniszadə Qənbər Eldar oğlu və digər avtomobildə olan sərnişin, Kəlbəcər rayonun sakini, 1960-cı il təvəllüdlü Qasımova Məlahət Qəzənfər qızı müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi