Xaçmazda iki maşın toqquşub, ata və iki uşağı xəsarət alıb

Hit: 266
Xaçmazda iki maşın toqquşub, ata və iki uşağı xəsarət alıb

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.  

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər - Xaçmaz rayonu, Hacılar kənd sakini 2003-cü il təvəllüdlü Bayramov Balamirzə Ağamirzə oğlu, Xaçmaz rayonu, İlxıçı Məmmədxanlı kənd sakinləri 1971-ci il təvəllüdlü Kərimov Taleh Mirzəbəy oğlu, onun övladları 14 yaşlı Şahanə Kərimova və 13 yaşlı Nüşabə Kərimovadır.

Faktla bağlı araşdırmalar davam etdirilir. 









Redaktorun seçimi