Evindəki dibçəkdə çətənə əkdi

Hit: 203
Evindəki dibçəkdə çətənə əkdi
İsmayıllı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 19-da İsmayıllı şəhər sakini İlqar Vəliyev saxlanılıb.
 
Onun yaşadığı evə baxış keçirilən zaman şüşə qabın içərisində 187 qram narkotik vasitə olan qurudulmuş marixuana və plastik qabda əkilmiş 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb. 
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi