Ağstafada ailənin 6 üzvünü öldürüb qaçan - 5 il sonra vicdan əzabından təslim oldu - VİDEO

Hit: 2021
Ağstafada ailənin 6 üzvünü öldürüb qaçan - 5 il sonra vicdan əzabından təslim oldu - VİDEO
Azərbaycanda 6 nəfərin öldüyü qəzadan sonra qaçıb Türkiyəyə gedən TIR sürücüsü Yaqub Yazıcı 5 il sonra təslim olmaq üçün Bakıya qayıdıb. Faktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2011-ci ildə Ağstafada içərisində 8 nəfərin olduğu minik avtomobili Yaqub Yazıçının idarə etdiyi TIR-la toqquşub və qəzada 6 nəfər azərbaycanlı ölüb. TIR-ın sürücüsü hadisə yerini tərk edərək Gürcüstana, oradan isə Türkiyəyə qaçıb. 
 
Azərbaycanda aparılan istintaq minik avtomobilinin sürücüsünün sərxoş və sürücülük vəsiqəsinin olmadığını üzə çıxarır. 38 yaşlı Yaqub Yazıçı isə Bakı məhkəməsinin qərarı ilə 10,5 il qiyabi həsb cəzası alır. Onun haqqında İnterpolun qırmızı xətti ilə axtarış elan olunur. 
 
Ailəsinin sözlərinə görə, qəzadan sonra Artvindəki evinə dönən Yazıçı psixoloji problemlər yaşayır, kabuslar görür. Gecələri gözünə yuxu getməyən Yazıçı vicdan əzabına dayanmayıb 5 il sonra təslim olur. Hazırda Bakı həbsxanasında yatan Yazıçının 83 və 78 yaşlı valideynləri isə oğullarının qalan cəzasını ölkəsində çəkməsi üçün Türkiyə prezidentindən yardım istəyiblər. 
 
 
 
Xatırladaq ki, 2011-ci ildə 1967-ci il təvəllüdlü, Ağstafa rayonunun Qırlı kənd sakini Xalid Aslanovun Bakı şəhəri istiqamətində idarə etdiyi “VAZ-21011” markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü, Türkiyə vətəndaşı Yakup Yazıçının idarə etdiyi “Mersedes-Benz” markalı qoşqulu yük avtomobili toqquşmuş, qəza nəticəsində “VAZ-21011”in sürücüsü və sərnişinlər - 2004-cü il təvəllüdlü Emin Aslanov, 2000-ci il təvəllüdlü Mətanət Aslanova, 2009-cu il təvəllüdlü Teymur Aslanov, 1929-cu il təvəllüdlü Güllüzar Aslanova, 1958-ci il təvəllüdlü Elza Aslanova hadisə yerində ölmüş, 1980-ci il təvəllüdlü Xatirə Aslanova və 1986-cı il təvəllüdlü Aynurə Aslanova xəsarət alaraq Ağstafa mərkəzi rayon xəstəxanasına çatdırılmışlar.








Redaktorun seçimi