Şəmkirdə iki maşın toqquşdu, polis əməkdaşı öldü

Hit: 230
Şəmkirdə iki maşın toqquşdu, polis əməkdaşı öldü

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib. Hərəkətdə olan “Toyota Prado” ilə “VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində "VAZ"ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.

Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.

 

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi