Bakıda gənc doğum günündə qəza törətdi

Hit: 379
Bakıda gənc doğum günündə qəza törətdi
Gecə saatlarında paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 
 
1980-cı il təvəllüdlü Əhmədov Dunay Oruc oğlu yolu keçmək istəyərkən, 1996-cı il təvəllüdlü sürücü Məmmədov Ramil Vəliyyəddin oğlu tərəfindən avtomobillə vurulub. 
 
Qeyd edilir ki, Dunay Əhmədov avtomobilinin yanacağı bitdiyindən onu yol kənarında saxlayıb, yolu keçib, yanacaqdoldurma məntəqəsindən yanacaq doldurub. Geri qayıtmaq istədiyində isə onu maşın vurub.
 
Sürücü piyadanı öz avtomobilinə qoyaraq Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. D.Əhmədova kəllə beyin travması, çənə və burun sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır. 
 
R.Məmmədovun dediyinə görə, bu gün onun doğum günüdür, 23 yaşı tamam olub. 
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi