Azərbaycanda avtomobil aşıb, ölən və yaralanan var

Hit: 299
Azərbaycanda avtomobil aşıb, ölən və yaralanan var

Şəmkir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Faktor.az report-a istinadən bildirir ki, hadisə Çənlibel kəndində qeydə alınıb. 

Belə ki, "VAZ-21010" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin - Ələsgərov Xaliq Nadir oğlu ölüb, avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Abdiyev Vüsal Rasim oğlu isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi