Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürüldü

Hit: 235
Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürüldü

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb.

DİN-dən  verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Dəhnə kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Oğuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Daşağıl kənd sakini M.Haşımovun evindən müvafiq sənədləri olmayan “İJ-28” markalı ov tüfəngi aşkar edilərək götürülüb.









Redaktorun seçimi