Nənə 11 yaşlı nəvəsiylə dəm qazından boğuldu

Hit: 372
Nənə 11 yaşlı nəvəsiylə dəm qazından boğuldu

Bakıda nənə və nəvə dəm qazından boğulub. Hadisə dünən Nərimanov rayonu, Məmməd Araz küçəsi 52 ünvanında baş verib.

Belə ki, 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlu yaşadıqları mənzilin mətbəx otağında dəm qazından boğularaq ölüb.

 

Hadisə yerinə  hüquq-mühafizə orqanları əməkdaşları gəlib və meyitlərə baxış keçirilib. Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanıb.









Redaktorun seçimi