Astarada ağır qəza - Xəsarət alanlar var

Hit: 658
Astarada ağır qəza - Xəsarət alanlar var

Astara rayonunda yol qəzası baş verib.

Faktor.az xəbər verir ki, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun rayonun Şiyəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri Reanimasiya, biri isə Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi