Sumqayıt qanlı olay: tanışını bıçaqlayıb öldürdü - YENİLƏNİB

Hit: 490
Sumqayıt qanlı olay: tanışını bıçaqlayıb öldürdü - YENİLƏNİB

DİN Mətbuat Xidmətindən Milli.Az verilən məlumata görə, fevralın 18-də saat 21 radələrində Sumqayıt şəhəri ərazisindən şəhər sakini A.Seyidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə şəhər polis idarəsinə məlumat daxil olub. Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb.

----------

Sumqayıt şəhərində 29 yaşlı kişi qətlə yetirilib.

Faktor.az report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Aydın Seyidov tanışı, 28 yaşlı Babək Həsənov tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, B.Həsənov saxlanılıb.









Redaktorun seçimi