Nobel prospektində “BMW” dəhşətli qəza törətdi - Ölən var

Hit: 169
Nobel prospektində “BMW” dəhşətli qəza törətdi - Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 Xətai rayonu ərazisində - Nobel prospektində “BMW” markalı, 90 EM 495 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan yaşlı kişini vurub. Zərbənin gücündən xeyli kənara düşən piyada hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 








Redaktorun seçimi