Qobustandakı qəzada iki gün əvvəl yaralanmışdı, bu gün vəfat edib

Hit: 137
Qobustandakı qəzada iki gün əvvəl yaralanmışdı, bu gün vəfat edib

Ötən gün Qobustanda baş verən ağır avtomobil qəzasında yaralanan dörd nəfərdən biri dünyasını dəyişib .

Bu barədə  Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrah-həkimi Ağasoltan Əmirov məlumat verib.

Sözügedən şəxs qəzadan sonra xəstəxanaya yerləşdirilən Qobustan rayon Cəbirli kənd sakini, 1977-ci il təvəllüdlü Məcidova Mahruq Qılıncxan qızıdır. Cərrah bildirib ki, M.Məcidova xəstəxanaya daxil olarkən aqanal vəziyyətdə olub, bütün tibbi müdaxilələrə baxmayaraq, xəstə səhər saat 04:30-da dünyasını dəyişib.

 

Qeyd edək ki, fevralın 17-də Qobustan-Sündü-Xilmilli yolunda baş vermiş qəzada dörd nəfər xəsarət almışdı. Onlardan üçü bir ailənin üzvü, digər bir nəfər - Mahruq Məcidova isə onların qohumu idi.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.









Redaktorun seçimi