Bakıda işə getmək adı ilə evdən çıxan 51 yaşlı kişi itkin düşdü

Hit: 239
Bakıda işə getmək adı ilə evdən çıxan 51 yaşlı kişi itkin düşdü

Bakıda orta yaşlı kişi itkin düşüb.

Hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Arzu Əhməd qızı Həsənova polisə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Mehman Vaqif oğlu Həsənov fevralın 8-də yaşadığı evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.









Redaktorun seçimi