Saatlıda mal-qara oğruları saxlanıldı

Hit: 342
Saatlıda mal-qara oğruları saxlanıldı

Saatlıda mal-qara oğruları saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Saatlı rayonu Gomuşçu kənd sakini Feyzulla Hüseynov fevralın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kəndin çöl sahəsindən ona məxsus 21 baş iri və xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Sakin Sarıyev və Sahil Abbasov saxlanılıb.

 

Dindirilmə zamanı saxlanılan hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan mal-qara sahibinə təhvil verilib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.









Redaktorun seçimi