Azərbaycanda 17 yaşlı qız faciəvi şəkildə öldü

Hit: 325
Azərbaycanda 17 yaşlı qız faciəvi şəkildə öldü

Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rrayonun Xırmandalı kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynzadə Elxanə Elxan qızı yaşadığı evin hamamında dəm qazından boğulub.

Ailə üzvləri onun hamam otağından çıxmadığını görərək qapını açıblar. 17 yaşlı qızın artıq vəfat etdiyi məlum olub.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən E.Hüseynzadə orta məktəbin 11-ci sinfində oxuyurmuş.









Redaktorun seçimi