Bakıda maşınla 44 yaşlı qadını öldürüb qaçdılar

Hit: 228
Bakıda maşınla 44 yaşlı qadını öldürüb qaçdılar

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Dünən axşam saatlarında Sahil qəsəbəsi ilə H.Z.Tağıyev qəsəbəsini birləşdirən yolun Qızıldaşdan keçən hissəsində avtomobil 1975-ci il təvəllüdlü qadını vurub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.









Redaktorun seçimi